“TikTok”a giriş bərpa edildi

SOSİAL MEDİA 20 sen 2023, 15:20
Azərbaycanda “TikTok” sosial şəbəkəsinə giriş bərpa edilib.

Demokrat.az
xəbər verir ki, sosial şəbəkəyə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Xatırladaq ki, ötən gün “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. "19 sentyabr tarixindən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır", - məlumatda deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top