Xaçmazda oğul 66 yaşlı anasını balta ilə yaralayıb.
“Report” xəbər verir ki, rayonun Əzizli kənd sani Sultanova Səmən Fətəli qızı balta zərbələrindən xəsarət alıb.
F.Sultanovayaailə münaqişəsi zəminində oğlu tərəfindən balta ilə xəsarət yetirdiyibildirilib.
Yaralı təcili tibbi yardımın köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sifət və baş nahiyəsinin kəsilmiş-deşilmiş yaraları, açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Qadının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


