Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Yaşadığı evdə dəm qazından zəhərlənən 2007-ci il təvəllüdlü Ağayeva Məhrub Mehman qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.(report.az)


