Hadisə

Mingəçevirdə məktəblini güllələyərək öldürən şəxs həbs olundu

Mingəçevirdə məktəblini güllələyərək öldürən şəxs həbs olundu

Mingəçevirdə 16 yaşlı Xocalı sakinini öldürən şəxsin kimliyi məlum olub.

Həminşəxs Ağdam rayonu Abdalgülablı kənd sakini Qasımov Əlixan Nuxa oğludur. O tapançadan açdığı atəşlə Xocalı rayon sakini olan 16 yaşlı məktəbliKərimov Orxan Tofiq oğlunu öldürüb.

Ə. Qasımov hüquq-mühafizə orqanları tərəfindənsaxlanılıb. Hadisənin səbəbləri hələki məlum deyil.

Qeyd edək ki, "Energetiklər" yaşayış massivindəməcburi köçkünlərin məskunlaşdığı "Yeni həyat" qəsəbəsində qeydə alınıb. Belə ki, ərazidə olan park ərazisində iki şəxs arasında düşən mübahisə zəminində orta məktəb şagirdi güllələnib. Belə ki, qəsəbənin sakini əvvəllər məhkum olunmuş təxminən 40 yaşlarında Əlixanadlı şəxs odlu silahdan qəsəbənin digər sakini Ağdam rayonu 24 saylı orta məktəbin şagirdi Kərimov Orxan Tofiq oğluna atəş açıb.O,təcili tibbi yardım maşınıilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. /unikal.org

D
demokrat.az