Sosial

Ağstafada avtomobillər toqquşdu — 2 nəfər xəsarət alıb

Ağstafada avtomobillər toqquşdu — 2 nəfər xəsarət alıb

Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Unikal.orgxəbər verir ki, hadisə rayonun mərkəzi hissələrindən birində baş verib. İki avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Onlardan biri - Ağstafa rayon Həsənsu kənd sakini, 1960-cı il təvəllüdlü Əkbər Vəliyev xəstəxanaya aparılıb. Digər yaralı isə xəstəxanaya getməkdən imtina edib.

Faktla bağlı araşdırmalara başlanılıb.

D
demokrat.az