Xarici siyasət

Türk Şurasının sammitində "Türk dünyası-2040" adlı proqram qəbul olunacaq

Türk Şurasının sammitində Türk dünyası-2040 adlı proqram qəbul olunacaq

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə "Türk dünyası-2040" adlı proqram qəbul olunacaq".

Demokrat.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Sammitdə qurumun adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılacağını xatırladan nazir bunun böyük önəm daşıdığını vurğulayıb: "Köklərimiz ortaq olduğu kimi, gələcəyə istiqamətlənmiş baxışımız da eyni olmalıdır".

Demokrat.az

D
demokrat.az