Ukraynada turistik marşurutlar Azərbaycan dilində çap olunaraq muzeylərdə yerləşdiriləcək.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) deputatı Lyudmila Marçenko bildirib.
O qeyd edib ki, Ukraynanın Birinci Xanımının təşəbbüsü ilə həyata keçirilən işlər nəticəsində artıq Azərbaycanda bu gün Ukrayna dilində turistik qidlər dərc olunur: “Eyni zamanda biz də maraqlıyıq ki, Ukraynada analoji bülletenləri Azərbaycan dilində buraxılsın və bu, artıq nəzədə tutulur”, - deyə, deputat vurğulayıb.
O həmçinin bildirib ki, Azərbaycanda Ukraynanın Qolodomor qurbanlarının anım günü ilə əlaqədar tədbir keçirilməsinə dair razılıq əldə olunub.
Demokrat.az


