Sosial

Metroda vətəndaşlardan niyə şəxsiyyət vəsiqəsi tələb edilir? — AÇIQLAMA

Metroda vətəndaşlardan niyə şəxsiyyət vəsiqəsi tələb edilir? — AÇIQLAMA

Bu gün Bakı metropolitenin müxtəlif stansiyalarında polis əməkdaşları vətəndaşlardan şəxsiyyət vəsiqələrini tələb edib.

BŞBPİ-nin mətbuat xidmətinin rəisi polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verib.

E.Hacıyev bildirib ki, buna səbəb aktiv koronavirus xəstələrinin metrodan istifadə etməsi barədə məlumatın daxil olması olub.

Qeyd edək ki, hazırda bununla bağlı ciddi yoxlamalar aparılır.

Demokrat.az

D
demokrat.az