Dünya

Bu ölkədə sərt karantin başladı

Bu ölkədə sərt karantin başladı

Latviya hökuməti növbəti iclasında koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkədə sərt qapanmanın tətbiqi barədə qərar qəbul edib.

Qərara əsasən, oktyabrın 21-dən etibarən ölkədə tədris müəssisələri, əksər mağazalar, eləcə də iaşə obyektləri və digər xidmət məkanları öz fəaliyyətini dayandıracaq.

Lokdaun noyabrın 15-dək davam edəcək.

Qeyd edək ki, son sutka ərzində 1.9 milyon əhaliyə malik ölkədə yeni yoluxanların sayı 2599,ölənlərinsayı isə 24 nəfər təşkil edib./oxu.az

D
demokrat.az