Hərbi

Müdafiə Nazirliyi Seyfəli poliqonunda baş verən partlayışların səbəbini açıqladı

Müdafiə Nazirliyi Seyfəli poliqonunda baş verən partlayışların səbəbini açıqladı

"Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir".

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - nazirlikdən qeyd edilib.

Qeyd edək ki, minaların utilizasiyası zamanı partlayış səsləri Gəncə şəhərində də eşidilib.

Demokrat.az

D
demokrat.az