Azərbaycanda qadın körpəsini qoruduğu üçün əri tərəfindən döyülüb.
Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” hesabında paylaşım edib.
O bildirib ki, atası doqquz aylıq uşağı öldürmək istəyib:
“Qadın körpəsini qoruduğu üçünəri onu döyüb. Sosial şəbəkədən məni tapıb.Dərhal hadisə baş verən ərazi üzrə polis bölməsinə yönləndirdim. Təhqiqat başladılıb. Amma kim qarant verə bilər ki, həmin qadınevə döndüyündə öldürülməyəcək? Yoldaşı narkotik istifadəçisidir.
Sübuta yetirməyə zaman lazımdır... Zaman isə nə qadının, nə də körpənin xeyrinə çalışmaya da bilər. Evə dönə bilməz, qardaşı da öldürəcəyini bildirib”.


