Ukrayna Milli Yazıçılar Birliyində istedadlı Azərbaycan şairiLeyla Əliyevanın “Свiттане,яксон”(“Dünya yuxutək əriyir”) kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü iləUkraynaMilli Yazıçılar Birliyininsədri,tanınmışyazıçıMixail Sidorjevskiaçaraq, son illər Ukrayna–Azərbaycan ədəbi əlaqələrinin yüksək səviyyədə təşkilindən, Dövlət Tərcümə Mərkəzinin Ukrayna–Azərbaycan ədəbiyyatlararası mübadilələr üzrə həyata keçirdiyi uğurlu layihələrindən danışıb, Leyla Əliyevanın ukraynalı oxuculara təqdim edilən şeirlər kitabının əhəmiyyətini vurğulayıb:“Ukraynanın “Yaroslavov Val” nəşriyyatında işıq üzü görən bu nəfis tərtibatlı kitab Ukrayna ədəbi mühiti tərəfindən maraqla qarşılanıb və yüksək dəyərləndirilib. Azərbaycan Tərcümə Mərkəzinin bu layihəsiiki dost ölkə arasındamədəniyyətlərarası dialoqun inkişafına verilən yeni töhfə, növbəti uğurdur”. Daha sonra“Yaroslavov Val” nəşriyyatının direktoru, şairSvetlana Koronenko,Ukraynanın Xalq artisti, müstəqil Ukraynanın ilk mədəniyyət naziriLarisa Xoroles,Ukrayna Milli Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi, şairYuliya Berejko-Kaminskaya, şair, tərcüməçiLyudmila Dyadçenkoçıxış edərək, Leyla Əliyeva poeziyasının dərin fəlsəfi çalarlarından, özünəməxsusluğundan söz açıblar.
Daha sonra kitabın ukrain dilinə tərcümə müəllifi, yazıçı, ictimai xadimLesya Mudrakpoeziyasının bədii məziyyətlərindən, orijinal üslubundan, tərcümə prosesi zamanı duyduğu yüksək mənəvi zövqdən bəhs edib, şairin Vətənə, insana sevgidən yoğurulmuş yaradıcılığının mahiyyətini açıqlayıb. Tanınmış Ukrayna şairi, tərcüməçi, Kiyev Yazıçılar Birliyinin sədr müaviniDmitriÇistyakAzərbaycan Dövlət Tərcümə Mərkəzinin xarici ölkələrlə geniş əməkdaşlıq əlaqələrindən, bu sahənin inkişafına verdiyi töhfələrdən söz açıb, yaxın aylarda Ukraynada işıq üzü görmüş“Свiт тане, як сон”kitabından parçalar səsləndirib. Tədbirin bədii hissəsində Ukrayna Milli Mədəniyyət və İncəsənət Akademiyasının tələbələri tərəfindən Leyla Əliyevanın şeirləri əsasında hazırlanmış ədəbi kompozisiya nümayiş olunub, tanınmış Ukrayna musiqiçisiKaterina Lubçikbandur musiqi alətində Azərbaycanın “Sarı gəlin” xalq mahnısını ifa edib. Tədbirin sonunda Ukrayna–Azərbaycan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Ukrayna Yazıçılar Birliyinin sədriMixail Sidorjevski,şeirlərin ukrain dilinə tərcüməçisiLesya Mudrak,“Yaroslavov Val” nəşriyyat evinin direktoruSvetlana Koronenko,Ukraynanın Xalq artistiLarisa XorolesvəMərkəzin Ukrayna üzrə xüsusi nümayəndəsiMarina QonçarukDövlət Tərcümə Mərkəzinin diplomları ilə təltif edilib. 


