İdman

Premyer Liqa: "Neftçi" "Sabah"a qalib gəldi

Premyer Liqa: Neftçi Sabaha qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

Turun ikinci oyun gününün ilk görüşündə "Sabah" "Neftçi"ni qəbul edib. "Bank Respublika Arena"da təşkil olunmuş qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:1. Beləliklə, xalını 10-a çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. "Sabah" isə 1 xalla sonuncu pillədə qalıb. Qeyd edək ki, V turun əvvəlki oyunlarında "Qarabağ" evdə "Keşlə" ilə heç-heçə edib - 1:1. "Zirə" isə səfərdə "Səbail"i məğlubiyyətə uğradıb - 2:1. Tura saat 19:15-də start götürəcək "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.

D
demokrat.az