Hadisə

Siyəzəndə 60 yaşlı kişini avtomobil vuraraq belini sındırdı

Siyəzəndə 60 yaşlı kişini avtomobil vuraraq belini sındırdı

Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Avtomobil yolu keçən 1961-ci il təvəllüdlü Mikayılov Mürsəl Əmirsultan oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona bel fəqərisinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

D
demokrat.az