10 iyun - 3 iyul tarixləri ərzində Azərbaycana 57 min 636 turist gəlib.
Bu barədə "Trend"-ə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Xarici ölkələr üzrə turist sayında ilk onluq aşağıdakı kimidir:
1. Rusiya Federasiyası - 22907 nəfər 2. Türkiyə - 15906 nəfər 3. İran - 6353 nəfər 4. Gürcüstan - 3920 nəfər 5. Ukrayna - 1637 nəfər 6. Danimarka - 1216 nəfər 7. Birləşmiş Krallıq - 698 nəfər 8. Belarus - 473 nəfər 9. İsveçrə - 434 nəfər 10. Almaniya - 401 nəfər
Qeyd edək ki, AVRO-2020 oyunlarının dörd qarşılaşması Bakıda keçirilib və bununla əlaqədar turist sayında artım qeydə alınıb.
Xüsusən, Türkiyə, İsveçrə, Danimarka və Böyük Britaniyadan ölkəmizə gələnlərin sayı ötən dövrlərlə müqayisədə çox olub.


