Dünya

Ermənistan XİN-in sabiq mətbuat katibinə yeni vəzifə verildi

Ermənistan XİN-in sabiq mətbuat katibinə yeni vəzifə verildi

Ermənistan Xarici İşlər Nazirliyinin sabiq mətbuat katibi Anna Nağdalyana ABŞ-da yeni vəzifə verilib.

Demokrat.az xəbər verir ki, o, bundan sonra Ermənistanın ABŞ-dakı səfirinin müavini vəzifələrini yerinə yetirəcək.

A.Nağdalyan mayın 31-də XİN-in mətbuat katibi vəzifəsindən istefa verib.

Məlumatda onun istefa ərizəsini yazdığı gün səfirlikdə yeni vəzifəyə təyin olunduğu vurğulanıb.

D
demokrat.az