Hadisə

Kiyev polisi məhkəmədən qaçan azərbaycanlını saxladı — FOTO

Kiyev polisi məhkəmədən qaçan azərbaycanlını saxladı — FOTO

Ukraynanın Kiyev Vilayət Polisi məhkəmədən qaçan, axtarışda olan azərbaycanlını saxlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Report”a Kiyev Vilayət Polisindən bildirilib.

Qeyd edilir ki, 1973-cü il təvəllüdlü Məmmədov Əfrəs Qüddəsər oğlu bu gün saxlanılıb.

O, mayın 28-də İrpen şəhərində məhkəmə iclasından qaçmışdı. Ə.Məmmədov cinayət məcəlləsinin bir neçə maddəsi üzrə təqsirləndirilir.

D
demokrat.az