Xarici siyasət

Ceyhun Bayramov: İslam Əməkdaşlıq Təşkilatı daim Azərbaycanı dəstəkləyib

Ceyhun Bayramov: İslam Əməkdaşlıq Təşkilatı daim Azərbaycanı dəstəkləyib

"İslam Əməkdaşlıq Təşkilatı yanında Təmas Qrupunun üzvlərinin Azərbaycana səfərinin əsas məqsədi post-müharibə dövründə işğaldan azad edilmiş ərazilərindəki vəziyyətlə tanış olmaqdır".

Demokrat.az xəbər verir ki, bu sözləri Xarici İşlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif Bin Əhməd Əl-Osayminlə birgə mətbuat konfransında deyib.

O bildirib ki, təşkilat daim Qarabağ münaqişəsi məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Nazir qeyd edib ki, İƏT 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycana dəstək verib.

D
demokrat.az