Kriminal

Bakıda gənc oğlan kürəyindən bıçaqlandı

Bakıda gənc oğlan kürəyindən bıçaqlandı

Bakının Xətai rayonunda 29 yaşlı oğlan küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Demokrat.az xəbər verir ki, hadisə Həzi Aslanov küçəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Səlimov Ələkbər İnqilab oğlu naməlum şəxsin hücumuna məruz qalıb. O, kürək nahiyəsindən bir neçə bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az