Hadisə

Cəlilabadda avtomobil aşdı: ölən və xəsarət alanlar var

Cəlilabadda avtomobil aşdı: ölən və xəsarət alanlar var

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, rayonun Alar kəndi ərazisində "Niva" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Avtoqəza nəticəsində bir nəfər dünyasını dəyişib, xəsarət alan 3 nəfər isə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Hazırda xəsarət alanların və ölənin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az