Bakıda maşın oğrusu saxlanıldı

KRİMİNAL 27 okt 2020, 14:01

Bakıda maşın oğrusu saxlanılıb.


Bu barədə Daxili işlər Nazirliyinin mətbuat xidməti məlumat verib.


Bildirilib ki, Yasamal Rayın Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Məmmədov oktyabrın 25-də rayon ərazisindəki avtomobillərin yuyulması məntəqələrinin birindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını deyib.


Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağdaş rayon sakini N.Məmmədov oktyabrın 26-da Talıblı küçəsində avtomobillə birgə saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top