Fransada koronavirusla bağlı məhdudiyyətlər sərtləşdirilir

DÜNYA 10 okt 2020, 19:21

Daha əvvəl elan edildiyi kimi, bu gündən Fransanın Lion, Lill, Qrenobl, Sent Etyen şəhərlərində ən yüksək həyəcan səviyyəsi tətbiq olunub.


“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Paris, Marsel, habelə dənizaşırı Quadelup adasında əvvəlki həftələrdə həmin tədbir tətbiq edilmişdi.


İki gün əvvəl səhiyyə naziri Olivye Veran bildirmişdi ki, vəziyyətin kəskinləşdiyi Tulus və Monpelye şəhərlərində də qarşıdakı həftələr ərzində ən yüksək həyəcanla elan oluna bilər.


“Təəssüf ki, Fransadakı səhiyyə vəziyyəti pisləşməyə davam edir. Hər gün ölkədə daha çox insan yoluxur, daha çox insan xəstəliyə düçar olur, yaxud icbari xəstəxanaya yerləşməyin ciddi təsirindən əziyyət çəkir”, – nazir deyib. O, bu həftənin çərşənbə günü pandemiyanın başlamasından etibarən ən yüksək olan 18 746 yoluxma sayının qeydə alındığını açıqlayıb. Dünən isə nazirlik 20,3 min nəfərin yoluxduğunu bildirib.


Qeyd edək ki, ən yüksək həyəcan səviyyəsi 15 günlük müddətə tətbiq edilib. Belə ki, barlar və idman salonları bağlanır, restoranlarda isə bir masada əyləşən müştəri sayı 6-dan çox, masalar arasındakı məsafə 1,5 metrdən az olmamalıdır. Küçədə tibbi maska taxmamağa görə 135 avro, ikinci dəfə eyni pozuntu üstündə isə 1 500 avro məbləğində cərimə tətbiq olunur.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top