Qırğızıstanda sabiq prezidentə sui-qəsd oldu

DÜNYA 09 okt 2020, 20:37

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayev sui-qəsdə məruz qalıb.

 

Demokrat.az xəbər verir ki, bu barədə onun müşaviri, Sosial Demokrat Partiyasının sözçüsü Kündız Joldubayeva “Facebook” səhifəsindən xəbər verərək sabiq dövlət başçısının avtomobilinin gülləbaran edildiyini, lakin xəsarət almadığını bildirib.

 

Xatırladaq ki, oktyabrın 4-də keçirilən parlament seçkilərindən sonra müxalifət tərəfdarları rəsmi nəticələri rədd edərək paytaxt Bişkekdə etiraz aksiyaları keçirərək parlament, hökumət, prezident administrasiyası binalarını ələ keçiriblər. Bundan sonra Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrini etibarsız elan edib.Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top