İdman

Qapıçı "Napoli" ilə matçdan öncə koronavirusa yoluxdu

Qapıçı Napoli ilə matçdan öncə koronavirusa yoluxdu

İtaliyanın "Cenoa" klubunun qapıçısı Mattia Perində koronavirus aşkarlanıb.

"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı qolkiper A Seriyasının II turunda səfərdə "Napoli" ilə matçı buraxacaq.

"Cenoa"nın baş məşqçisi Rolando Maran mətbuat konfransında Perinin temperaturunun yüksək olduğunu söyləyib.

Qeyd edək ki, sentyabrın 27-də keçiriləcək "Napoli" - "Cenoa" matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Mattia Perin müqavilə ilə "Yuventus"a məxsusdur və icarə əsasında "Cenoa"da çıxış edir.

Demokrat.az

D
demokrat.az