“Mercedes”in traktorla toqquşması nəticəsində bir nəfər öldü — YENİLƏNİB

HADİSƏ 23 sen 2020, 21:01

Biləsuvar rayonunda baş vermiş qəzada bir nəfər ölüb.


“Report”un Muğan bürosunun məlumatına görə, bu, sürücü, Lerik rayonunun Nuravud kənd sakini, 1982-ci il təvəllüdlü Dadaşov Əfqan Ənvər oğludur.

 

19:58

 

Biləsuvarda “Mersedes” markalı minik avtomobili ilə traktor toqquşub.


Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun M.İbrahimov küçəsində qeydə alınıb.


Minik avtomobilinin sürücüsü və sərnişinləri ağır bədən xəsarətləri ilə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top