Bu gün Azərbaycan Premyer Liqasında növbəti turun oyunları baş tutub.
Demokrat.az-ın xəbərinə görə, daha iki matçla 3-cü tura yekun vurulub.
Öncə meydana qəsəbə təmsilçisi "Zirə" ilə"Sabah" meydana çıxıb. Bu görüşdə qonaqlar qələbə qazanıb. Turun mərkəzi oyununda"Qarabağ" prinsipial matçda "Neftçi" ilə matçda 1:2 hesabı ilə məğlub olub.
"Qarabağ"– "Neftçi"- 1:2 Qollar: Ovusu Kvabena, 10 (1:0), Voislav Stankoviç, 12 (1:1), Namiq Ələsgərov, 68 (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“Azərsun Arena”
"Zirə"– "Sabah" - 0:2 Qollar: Xulio Sezar Rodriges, 51, Kevin Kubemba, 90+2
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu


