Azərbaycan və İran prezidentlərinin iştirakı ilə videokonfrans keçiriləcək

SİYASƏT 15 sen 2020, 17:46

Yaxın vaxtlarda Azərbaycan və İran prezidentləri birgə videokonfrans keçirəcəklər.


Demokrat.az xəbər verir ki, bu barədə İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi mətbuat konfransında bildirib.


O qeyd edib ki, hər iki ölkənin nazirlərinin də iştirak edəcəyi görüşdə geniş spektrli məsələlər, o cümlədən iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələsi müzakirə ediləcək.


Bundan əlavə, S.A.Musəvi Azərbaycan və İranın 30 ortaq layihəsinin olduğunu, onlardan 14-nün yaxın vaxtlarda həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top