Çay içmək istəyirdi, xəstəxanalıq oldu

HADİSƏ 06 sen 2020, 10:34

Lənkəranda çay içmək istəyən şəxs xəstəxanalıq olub.

 

Demokrat.az xəbər verir ki, bədbəxt hadisə rayonun Xanbulan kəndində baş verib. Belə ki, 1962-ci il təvəllüdlü Cəfərov İsgəndər Tofiq oğlu ehtiyatsızlıqdan bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb. Buna səbəb samovarı yandırmaq istəyərkən səhvən benzindən istifadə etməsi olub.


Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. (“Qafqazinfo”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top