Ramiz Mehdiyevin nəvəsinin toyu bu bağ evində olub — TƏFƏRRÜAT+ PEYKDƏN FOTOLAR

GÜNDƏM 23 avqust 2020, 16:04

AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunun təşkil olunduğu bağ evidir. Novxanı qəsəbəsində yerləşir. Bağda böyük tennis kortu və hovuz var. Hovuzun içində R və M hərfləri yazılıb. Malikanənin ümumi sahəsi 3.70 hektardır. Bağın ətrafındakı bütün evlər Ramiz müəllimin qohumları, əsasən də nəvələrinin evləridir.

 

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə vasitəsilə tanınmış bloger Həbib Müntəzir paylaşıb.


Məlumata görə, altı nəvə, Hikmət, Fidan, Ramiz və Mehribanın evləri, kürəkən İlham Əliyevin ayrıca evi, qızı Kamilənin evi və oğlu Teymurun evi və bir də özünün böyük malikanəsi yerləşir.


Toy iri çadırda təşkil olunmuşdu. Məclisdə xeyli qonaq iştirak edib. Videonu isə hamınızın Eurovisiondan tanıdığınız müğənni Aysel Teymurzadə yayıb. Aysel həm də Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adgözəlzadənin həyat yoldaşıdır.


Toyda sabiq Baş Prokuror Zakir Qaralov, eks AZTV sədri Arif Alışanov, qızı Aynur, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, eks deputat Bahar Muradova və başqaları da olub. 


Google Maps: https://goo.gl/maps/3tbRVpTahJPwzfGw8

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top