TƏBİB koronavirusla bağlı məlumat yaydı — SON DƏQİQƏ

SOSİAL 14 avq 2020, 19:30

Azərbaycanda koronavirusla bağlı 14 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.


Demokrat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
 
Son sutkada koronavirusa görə 7 969 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 820 002-yə çatıb.


Reanimasiyada olan xəstə sayı 197, süni tənəffüs cihazında olan xəstə sayı 37 nəfərdir.


Hazırkı dövrədək ölkəmizdə 34 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 31 490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 024 nəfərdir.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top