Telli Borçalı çətin durumda — Azərbaycana qayıda bilmir

ŞOU-BİZNES 14 avq 2020, 13:36

Aşıq Telli Borçalı kimi tanınan Telzada Kurbanova Azərbaycana qayıda bilmir.

 

Demokrat.az xəbər verir ki, pandemiyadan öncə Gürcüstana gedən Kurbanova yeddi aydır Marneuli rayonundadır. Bir neçə gün öncə rayonun mərkəzi bazarına gələn aşığın hazırkı baxımsız görünüşü ətrafdakıların təəccübünə səbəb olub.


Bildirilir ki, 7 aydır məclislərə getməyən aşıq maddi sıxıntılar içərisindədir. Qeyd edək ki, T.Kurbanova əslən Marneuli rayonunun Qasımlı kəndindəndir.(ölkə.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top