Gəlininə vəzifə verilən Afaq Bəşirqızıdan AÇIQLAMA

ŞOU-BİZNES 12 avq 2020, 14:00

Xalq artisti gəlini Könül Təhməzovaya vəzifə verilməsinə münasibət bildirib.


Sənətçi ‘’Ölkə.Az’’-a açıqlamasında xəbəri ilk dəfə bizim əməkdaşımızdan eşitdiyini deyib.


‘’Düzünü deyim ki, bu barədə məlumatım yox idi. Hətta xəbəri indicə sizdən eşidirəm. Hər kəsin öz həyat borcu, öz həyat vəzifəsi var. Mən belə düşünürəm ki, bu barədə hələ çox söz demək olmaz. Əgər Könül vəzifəyə təyin edilibsə, bu o deməkdir ki, onun biliyinə etimad göstəriblər’’.


Qeyd edək ki, Təhsil Naziri Emin Əmrullayevin əmri ilə Xalq artistinin gəlini Könül Təhməzova 7 nömrəli məktəbin direktor vəzifəsinə təyin edilib.

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top