Adama Traore inanılmaz qaçışı ilə gündəm oldu — VİDEO

İDMAN 12 avq 2020, 10:09

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.


Demokrat.az xəbər verir ki, Almaniyanın Duysburq şəhərindəki "MSV Arena"da İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə üz-üzə gəlib. Görüş "Sevilya"nın minimal hesablı qələbəsi ilə başa çatıb. 


Matçın 12-ci dəqiqəsində bu mövsüm yaxşı çıxışı ilə diqqət çəkən "canavarlar"ın oyunçusu Adama Traore diqqət mərkəzində olub. Meydanın özlərinə aid hissəsindən rəqibin cərimə meydanına qədər irəliləyən futbolçunun qarşısını qayda pozmaqla almaq mümkün olub. Raul Ximenez penaltidən fərqlənə bilməyib.


Qeyd edək ki, Globe Soccer Awards portalının tərtib etdiyi 2020-ci ilin ən sürətli oyunçularının siyahısında Adama Traore ("Vulverhempton", 36,21 km/saat) 3-cü olub.(offsideplus.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top