“Koroğlu” stansiyasının yaxınlığında yol kənarında dayanan kişini maşın vurdu

HADİSƏ 09 avq 2020, 09:40

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 73 yaşlı kişi ağır xəsarət alıb.


Demokrat.az xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının yaxınlığında, Mikayıl Əliyev küçəsində qeydə alınıb.


1947-ci il təvəllüdlü Mirzəyev Mövsüməli Hüseyn oğlu yol kənarında dayanarkən onu minik avtomobili vurub.


Yaralı çoxsaylı sınıq xəsarətləri ilə 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.


Fakt Nizami Rayon Polis İdarəsində araşdırılır.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top