SOCAR-ın Sumqayıtdakı zavodunda yanğın: 7 nəfər yaralanıb — YENİLƏNİB

HADİSƏ 07 avq 2020, 14:17

Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda baş verən yanğında 7 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, yaralılardan 6-ı Bakıya gətirilib. Biri isə Sumqayıtda Təcili Tibbi Xəstəxanasına yerləşdirilib.

 

***13:28

 

Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib, səkkiz nəfər xəsarət alıb

 

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen Zavodunda yanğın baş verib.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

 

Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir.

 

Yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.

 

Yanğında səkkiz nəfər xəsarət alıb.(apa.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top