Hərbi qulluqçuların pensiyası artırılacaq

SOSİAL 06 avq 2020, 15:07

Azərbaycanda hərbi qulluqçuların pensiya təminatı ilə bağlı yeni qanun layihəsi hazırlanır.


Demokrat.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.


O bildirib ki, ötən gün dünən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə danışıb:


“Nazir mənə dedi ki, qanun layihəsi hazırlanır. Əsas məqsəd indeksasiya tətbiq etməkdir”.


Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev layihə barədə məlumat verib.


O deyib ki, təklifə əsasən, əmək haqlarında artım olan hərbçilərin pensiyası artırılacaq.


“Digər tərəfdən isə, ümumi əsaslarla da pensiya təminatı onsuz hər il gücləndirilir”, - deyə, A.Əliyev əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top