Qəza törədən sürücünün hər iki ayağı sındı

HADİSƏ 06 avq 2020, 09:14

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


“Report”un məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.


Belə ki, 1993-cü il təvəllüdlü Əşrəfzadə Elnur Rafiq oğlu idarə etdiyi avtomobillə qəza törədib.


O, hadisə yerinə gələn təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən sonra yaralıya sol baldır və sağ bud sümüyünün sınığı diaqnozları qoyulub.


Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top