Bu şəxslərə güzəştli kreditlər verilə bilər

SOSİAL 05 avq 2020, 13:59

“Pandemiyanın nə qədər davam edəcəyi ilə bağlı heç kəsdə dəqiq təsəvvür yoxdur”.

 

Demokrat.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda koronavirusla mübarizədə çox ciddi tədbirlər görülür: “Təklif edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik yardım alan şəxslərin siyahısı və kateqoriyası daha da dəqiqləşdirilsin.

 

Bu gün bəzi sahələr fəaliyyətini dayandırıb və həmin sahələrdə çalışan şəxslər gözlənilən gəliri əldə edə bilmir. Hesab edirəm ki, onlara güzəştli kreditlərin verilməsi ilə bağlı təkliflər hökumət tərəfindən hazırlansa, daha yaxşı olar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top