Pensiyalarla bağlı MÜHÜM AÇIQLAMA

SOSİAL 04 avq 2020, 10:38

“Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq”.

 

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında komitə sədri Musa Quliyev deyib.

 

O bildirib ki, ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrdən biri də sosial müdafiəyə ehtiyacı olan insanların müdafiəsini gücləndirməkdir: “Bu sahədə olan proqramlar tam həcmdə həyata keçiriləcək”.

 

O, Dövlət Sosial Müdafiə Fondunun büdcəsindəki azalmalara da münasibət bildirib: “Bu azalmalara yenidən baxmaq lazımdır. Təbii proseslərlə bağlı gözlənilən azalmaların imkan daxilində nə ilə isə kompensasiya edilməsi doğru olardı”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top