Türkiyəli hərbçilər Naxçıvanın tarixi abidələri ilə tanış oldular

SOSİAL 03 avq 2020, 20:50

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının bayram və istirahət günlərində mənalı istirahətləri təşkil olunub.

 

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerlərini, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini, Batabat yaylağını, Şahbuz Dövlət Təbiət Qoruğunu ziyarət ediblər.

 

Türkiyəli hərbçilər gəzinti çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində şəxsi heyətin sosial-məişət şəraiti, silah və texnikaları ilə tanış olub, əsgərlərimizlə birlikdə nahar ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top