
Bakının Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, evin yanar konstruksiyaları 40 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.