Yeni “iPhone”ların buraxılışı təxirə salındı

DÜNYA 31 iyl 2020, 15:59

ABŞ-ın “Apple” korporasiyası yeni “iPhone” modellərini gözlənilən vaxtdan bir neçə həftə sonra buraxmağı planlaşdırır.


“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.


Şirkətin maliyyə direktoru Luka Maestri də növbəti “iPhone”ları həmişəkindən bir neçə həftə sonra buraxılacağını təsdiqləyib.


Xatırladaq ki, ötən il yeni modellər sentyabrın sonunda təqdim edilmişdi, odur ki, bu il təqdimatın oktyabr ayında olacağı gözlənilir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top