Təbrizdə Azərbaycana dəstək aksiyası keçirildi — YENİLƏNİB

HADİSƏ 16 iyl 2020, 20:29

Bu gün Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun binası qarşısında Azərbaycana dəstək aksiyası keçirilib. 

 

Aksiyada Ermənistanın işğalçı siyasəti qınanılıb, "Azərbaycan var olsun, istəməyən kor olsun!", "Qarabağ bizimdir, bizim olacaq!" və s. şüarlar səsləndiriblər. 

 

*** 10:31

Bu gün və sonrakı günlərdə İranın paytaxtı Tehranda və müxtəlif şəhərlərdə, o cümlədən Təbriz, Ərdəbil, Urmiya, Zəncanda Azərbaycana dəstək mitinq və yürüşləri keçiriləcək.

 

"Report" xəbər verir ki, aksiyada Ermənistanın işğalçı siyasəti qınanılacaq.

 

Habelə Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun binası qarşısında Azərbaycana dəstək aksiyası keçiriləcək.

 

Xatırladaq ki, İran rəsmiləri iyulun 12-də Ermənistanın Azərbaycanın dövlət sərhədində törətdiyi təxribatı pisləyib, Azərbaycanın ərazi bütövlüyünü müdafiə ediblər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top