Bakıda "Şəhidlər ölməz, vətən bölünməz" yürüşü — VİDEO

HADİSƏ 14 iyl 2020, 22:05
Bakıda şəhid polkovnik İlqar Mirzəyevin cənazəsinin qarşılanması üçün yüzlərlə insan yürüş keçirib.
 
 
Demokrat.az-ın xəbərinə görə, paytaxt sakinləri şəhid polkovnikin cənazəsini qarşılamaq üçün Xətai və Nizami rayonunda küçələr boyu yürüş edərək "Qarabağ bizimdir, bizim olacaq", "Şəhidlər ölməz, vətən bölünməz" şüarlarını səsləndiriblər.
 
 
Xatırladaq ki, ötən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun hərbçiləri qəhrəmancasına şəhid olub.
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top