Baş Prokurorluq şəhidlərimizin ailələrinə başsağlığı verdi — VİDEO

SOSİAL 13 iyl 2020, 16:15

Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib.


Demokrat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun rəsmi "Facebook" və "Instaqram" sosial şəbəkələrində məlumat paylaşılıb:

 

"Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından iyulun 12-də Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətində növbəti hərbi təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçularının ailələrinə başsağlığı verir və səbr diləyirik.


Düşmən hücumunun qarşısını alarkən döyüşdə qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızın igidliyi hər zaman Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top