Şou-biznes

Məşhur aktrisa və qızı COVID-19-a yoluxdu

Məşhur aktrisa və qızı COVID-19-a yoluxdu

"Bollivud"un ulduz aktrisası Ayşvariya Ray və azyaşlı qızı Aaradxya COVID-19 virusuna yoluxublar.

Demokrat.az xəbər verir ki, aktrisanın həyat yoldaşı Abhişek Baççan hər ikisindən götürülən analiz nümunələrinin müsbət çıxdığını bildirib.

“Onlar karantin müddətində evdə olacaqlar. Ailədə digələrinin, o cümlədən anamın testi mənfi nəticə verib. Dua etdiyinə görə, hər kəsə təşəkkür edirəm”,-deyə Abhişek Baççan qeyd edib.

Qeyd edək ki, Hindistanda koronavirusa yoluxanların sayı 856 min nəfərdən çox təşkil edir ki, onların da 22 min 762 nəfəri həyatını itirib. (Baku.ws)

D
demokrat.az