Susuzluğa görə etiraza qalxmış Saatlının kəndlərində vəziyyət necədir? — VİDEO

SOSİAL 11 iyl 2020, 14:02

Saatlı sakinləri deyir ki, rayonda su problemi nəticəsində Çolpukənd, Nabatkənd, Fətəlikənd, Qaranur, Qarayevkənd, Şirinbəyin əhalisi də, heyvanları da, əkin sahələri də  "suya həsrətdirlər".

 
Ötən cümə günü Saatlı rayonunun iki aydır susuz qalmış kəndlərindən olan Çolpukənd, Muğan və Qarayevkənd kəndlərinin bəzi sakinləri etiraz edərək yolu bağlamağa cəhd ediblər.


Onlara bu həftə əvvəli su probleminin həlli söz verilsə də, müsahiblərimiz deyir ki, bu tam baş verməyib.  


Məsələ ilə bağlı hələ ki nə Saatlı rayon icra hakimiyyətindən nə də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmddar Cəmiyyətindən şərh almaq mümkün olmayıb. 


Ancaq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmddar Cəmiyyəti ötən həftə BBC News Azərbaycancaya bildirirb ki, Saatlıda su problem  "son zamanlar Araz çayında suyun sərfinin azalmasından" qaynaqlanır.


Qurumdan deyiblər ki, bu iş nəzarətə götürülüb və onun həlli istiqamətində işlər aparılır.


BBC Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır. 

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top