Sosial

TƏBİB COVID-19-la bağlı məlumat yaydı

TƏBİB COVID-19-la bağlı məlumat yaydı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 10-na olan statistik göstəriciləri açıqlayıb.

Demokrat.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 576 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 552 311 test aparılıb. Aktiv xəstə sayı 8 605 nəfərdir, onlardan 343 nəfər reanimasiyadadır, 48 nəfər isə süni tənəffüs aparatına qoşulub.

D
demokrat.az