Çingiz Qənizadənin oğlu prokuror müavini təyin edildi

SOSİAL 10 iyl 2020, 13:00

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

 
Pravda.az-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

 
Əmrlərə əsasən, Elgiz Qənizadə Nərimanov rayon prokurunun müavini, Vüqar Hüseynov Suraxanı rayon prokurorunun müavini və Kənan Əliyev Nəsimi rayonun prokurorunun müavini vəzifələrinə təyin edilib.

 
Baş Prokurorluğun mətbuat xidmətindən yeni təyinatları təsdiqləyiblər.

 
Qeyd edək ki, Nərimanov rayon prokurorunun müavini təyin edilmiş E.Qənizadə sabiq millət vəkili Çingiz Qənizadənin oğludur.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top