Bakıda korrupsiyaya qarşı əməliyyat keçirildi: Vəzifəli şəxs tutuldu — ÖZƏL

HADİSƏ 08 iyl 2020, 11:10

Bakıda vəzifəli şəxsin həbs edilməsi üçün əməliyyat keçirilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, əməliyyatı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları keçirib.


Keçirilən əməliyyat nəticəsində Qədirov Lütfi Balahüseyn oğlu həbs edilib.


Onun barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.


Hazırda cinayət işi üzrə istintaq gedir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top